Mədəniyyət
427
19:55, Bu gün

"Atamın 80 illik yubileyini qeyd etmədilər, bilmirəm bu laqeyd münasibətin arxasında kim dayanıb?" - FOTO+ÖZƏL

"Atamın 80 yaşı tamam oldu. Bir neçə kanalda sujet getdi və şifahi olaraq qeyd etdilər. Bir xanım sənətkar da verilişdə görüb zəng etmişdi bizə. Nə teatrda, nə də başqa bir mədəniyyət ocağında yubileyi qeyd olunmadı. Zəng edib heç başsağlığı da vermədilər. Atama qarşı bu laqeyd münasibətin arxasında kim dayanırsa bilmirik. Bilmirəm ki, niyə belə edirlər?! 100 il də qalsa zəng edib soruşmaram ki, niyə atamın yubileyini qeyd etməmisiz?".

Bunu Moderator.az-a açıqlamasında mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.

O daha sonra əlavə edib:

"Atam yaşasaydı 80 yaşını qeyd edəcəkdi. Çox təəssüf ki, ömrünün ən gözəl çağında və tamaşaçıların ona ən çox lazım olduğu bir vaxtda onu itirdik. Atamın adı belə kifayət edirdi ki, tamaşaçıların üzündə gülüş, gözlərində təbəssüm yaransın.  69 yaşında rəhmətə getdi. Üstündən 10 ildən bir az çox müddət keçib, əlbəttə zaman tez gedir. Hər an yoxluğu bilinir. Onun səsi üçün darıxmışıq. Onun üçün darıxmamaq mümkün deyil, əlimizdə deyil. Rejissorlar ona potensialından da aşağı rollar veriblər. Atam həmişə buna təəssüflənirdi ki, daha yaxşısını edə, göstərə bilərdim. Bununla belə o heç vaxt roldan imtina etmirdi. Ona təklif gələndə razılaşırdı, geri çevirmirdi. Bu sənətin epizodu belə onun üçün dəyərli idi. Daha çox rol ifa etmək istəyirdi, tələsirdi" deyə aktyorun oğlu bildirib.

Aktyorun oğlu bildirib ki, atası çəkildiyi "Tehran 43" filminə görə hər zaman təəssüflənib:

"Bu onun böyük rollarından biri ola bilərdi.. Onu həmişə şanssızlıq kimi qələmə verirdi. Bu film 6 hissədir və atamın bu filmdə böyük rolu olub. Sovetin senzurasından keçmədiyinə görə qısaldılıb bir hissəli filmə çevrilib. Atam deyirdi ki, film çəkildiyi kimi getsəydi kariyerası başqa cür olardı. Həmin filmdə Alen Delon, Jan Qaben kimi aktyorlar da çəkilib" deyə sənətkarın övladı bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər