Rasim Balayevin SON DURUMU açıqlandı: təyyarə ilə Türkiyəyə aparılmışdı
Mədəniyyət
444
16:11, Bu gün

Rasim Balayevin SON DURUMU açıqlandı: təyyarə ilə Türkiyəyə aparılmışdı

“Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
 
O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq:
 
“Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.
 
Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.
 
Link kopyalandı!
Son xəbərlər