“Şiddətli töhmət verə bilərdilər, insanları işsiz qoymaq olmaz” - Toliklə Elgiz efirə qayıdır? - AÇIQLAMA
Mədəniyyət
86
08:53, Bu gün

“Şiddətli töhmət verə bilərdilər, insanları işsiz qoymaq olmaz” - Toliklə Elgiz efirə qayıdır? - AÇIQLAMA

“Mən sülh adamıyam. Efirlərdə belə qalmaqallar olmamalı idi. Son günlər efirlər haqda danışılan söz-söhbətlər və fikirlər çox mədəniyyətsizcəsinə təqdim olundu. Hansı aparıcıları ki, efirdən uzaqlaşdırdılar onların da öz kütləsi var idi. Şiddətli töhmət verə bilərdilər, verilişi düzgün istiqamətə yönləndirə bilərdilər. İnsanları işsiz qoymaq olmaz. Bu mənim şəxsi fikrimdir”.

Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova deyib.

O daha sonra televiziyalardakı bədii şuraların fəaliyyətsizliyindən danışıb:

“Efirlərdə səviyyədən kənar müğənnilər olmamalı idi. Mən də bunun əleyhinəyəm. Gərək hamısı yüksək səviyyədə olsun. O vaxt Aztv-də bədii şura var idi. Efirə gələn qonaqlar ələkdən keçirilirdi, bir neçə adamın rəyindən sonra onları efirə buraxırdılar. Bu cür olsaydı aparıcılar da öncədən bilərdilər. Təəssüf edirəm ki, bir-iki nəfərə görə qalmaqal yarandı və vəziyyət acınacaqlı oldu. Mən çox pis olmuşam ki, aparıcılar işsiz qalıblar. Əlbəttə ki, onlar işsiz qalmayacaqlar, iş tapacaqlar. Televiziya cəmiyyətin güzgüsüdür. Mənə elə gəlir ki, bundan sonra vəziyyət daha da yaxşı olacaq. Efirlərdə demək olmaz ki, bütün verilişlər pisdir. Xeyr, yaxşıları da var. Düşünürəm ki, həmin aparıcıları efirə qaytarıb, verilişləri daha da gözəl bərpa etmək olar. Onlar da öz nöqsanlarını, verilişlərdə etdikləri səhvləri bilirlər. Hər şeyi baltalamaq da olmaz. Bizdə bir az yıxılanı baltalayanlar çoxdur” deyə Sevinc Axundova bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər