94 yaşlı Nəriman Həsənzadə:
Mədəniyyət
325
12:29, Bu gün

94 yaşlı Nəriman Həsənzadə: "Ad günümlə bağlı ilk təbriki Anar Ələkbərovdan aldım"

Bu gün Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur.
 
Moderator.az xəbər verir ki, Xalq şairi Teleqraf-a açıqlamasında təəssüratlarını bölüşüb.
 
“Dünənə qədər özümü yaxşı hiss etmirdim. İndi isə yaxşıyam, sanki bir az dirilmişəm. İlk təbriki Prezidentin köməkçisi Anar Ələkbərovdən aldım. Doğum günlərimdən qəribsəmişdim”.
 
Nəriman Həsənzadə səhhətindən də danışıb: “Səhhətim yaxşılaşıb. Dostlar, tanışlar zəng edir, bu da mənə ruh verir. İndi şeir yazıram”.
 
Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər