Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
Mədəniyyət
142
20:05, Bu gün

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

10–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

Mədəniyyət Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.

Link kopyalandı!
Son xəbərlər