Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi – Bu dəfə araya hakim girdi
Mədəniyyət
391
16:03, Bu gün

Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi – Bu dəfə araya hakim girdi

Şair İlham Qəhrəman ilə Azərbaycan Yazıçılar Birliyi arasında məhkəmə çəkişməsi davam edir.
 
Moderator.az xəbər verir ki, şair Sabunçu Rayon Məhkəməsinin AYB-nin iddiası üzrə çıxardığı qərardan apellyasiya şikayəti verib və bu gün işə yenidən baxılıb. İlham Qəhrəman saytımıza bildirib ki, hakim Elşən Kazımovun sədrliyi ilə baş tutan məhkəmədə tərəflər çıxış edib:
 
“Hakim çıxışlarımızı dinlədikdən sonra təkliflər irəli sürdü. O bildirdi ki, 500 manat məbləğində təzminatı və üzr istənilməsini ləğv edir, bunun əvəzində isə mən təkzib verim. AYB-nin nümayəndəsi bildirdi ki, Birlik bununla razıdır və mənim təkzib verməyimlə mübahisəyə son qoymaq istəyirlər. Daha sonra hakim mənim tərəddüd etdiyimi görüb qarşı tərəfə sual ünvanladı.
 
O bildirdi ki, ittihamnamədə AYB Anar Rzayevi müdafiə edir. Birliyin öz üzvünü hüquqi cəhətdən müdafiə etmək hüququ var, yoxsa yox. Birliyin nizamnaməsində bununla bağlı hüquqi əsas varmı.
 
Qarşı tərəfin nümayəndəsi cavab verə bilmədi və hakim məhkəməni fevralın 16-na qədər təxirə saldı”.
 
Qeyd edək ki, ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə AYB-nin iddiası qismən təmin olunub.
 
Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməlidir.
 
Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi. İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət edib. /Musavat.com/
 
Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
 
Link kopyalandı!
Son xəbərlər