Telli ilə barışan Zülfiyyədən jurnalistlərə qadağa: “Bunu etməsinlər, mümkün deyil” - FOTO+ÖZƏL
Mədəniyyət
124
09:30, Bu gün

Telli ilə barışan Zülfiyyədən jurnalistlərə qadağa: “Bunu etməsinlər, mümkün deyil” - FOTO+ÖZƏL

“Telli xanımla bir müddət əvvəl verilişlərdən birində barışmışıq. Bizim küsülülüyümüz çox çəkmədi. Bugünlərdə verilişlərdən birində ikimiz qonaq idik. Oradan çıxdıq bizə gəldik, balaca nəvəmlə görüşdü. Sonra restorana gedib oturub xeyli söhbətlər etdik. Həyatda səmimiyyətdən, mehribanlıqdan gözəl bir hiss yoxdur. İstər dost olsun, istərsə qohum, istərsə də yad olsun. Əgər ürəyində səmimiyyət, mehribanlıq varsa o gec-tez insanı gəlib tapır. Mən həyatım boyu çalışmışam ki, uşaqla uşaq, böyüklə böyük olum. Ömrümün axırına qədər belə davam edəcəm”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.

O daha sonra əlavə edib:

“Telli xanımla olub-keçənlər haqda qətiyyən bir kəlmə belə danışmadıq. Nə danışacaqdıq? Qətiyyən dəyməzdi! Ümumiyyətlə bundan sonra efirlərə də çıxsaq istəməzdim ki, bu haqda bizə suallar verilsin. Bunu etməsinlər. Danışmağım da mümkün deyil. Allah şeytana lənət etsin! Bir jurnalist yalan başlıq yazmışdı və Telli xanım da inanmışdı. Xəbər şişirdilmişdi. Telli xanım da bilirdi ki, mən o sözün sahibi deyiləm. Mən onunla bütün günü bir yerdə idim. Ona görə də demişdim ki, sazı bizdə qalıb. Ərk edib demişdim. Özü də bu sözü deyəndə gülmüşdüm. Gərək nə o sual verilərdi, nə də mən cavablandırardım. Jurnalistlərə cavab verməyəndə pis olursan, cavab verəndə isə böyük qalmaqal yaradırlar. Biz yenə də bir yerdəyik, dostluğumuz da davam edir” - deyə aşıq Zülfiyyə deyib.

Link kopyalandı!
Son xəbərlər