Tanınmış aktrisa vəfat etdi
Mədəniyyət
223
17:22, Bu gün

Tanınmış aktrisa vəfat etdi

Türkyə kinosunun ustad aktyorlarından olan Nevin Efe vəfat edib.

Moderator.az xəbər verir ki, 78 yaşlı aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Son olaraq Yankı serialında rol alan ustad aktrisanın vəfat xəbərini meneceri Ayça Irgan yayımlayıb:

“Əziz Nevin Efe’miz… Xeyirxah qəlbli, zərif, həyata toxunuşu ilə hər kəsi isidən o gözəl insan aramızdan ayrıldı. Həyatın bütün çətinliklərinə baxmayaraq, gülüşünü heç vaxt itirməyən, ətrafına sevgi və ümid saçan, güclü, amma bir o qədər də zərif ruhu ilə hamımıza nümunə olan bir qadın idi. Onunla keçirdiyimiz hər an indi ən qiymətli xatirələrimiz arasındadır.”

Qeyd edək ki, Kurtlar Vadisi Pusu, Doktorlar, MelekYer Gök Aşk seriallarında rol alıb. Ustad aktrisa keçirdiyi KOAH tutması səbəbilə bir müddətdir Taksim İlk Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdu.  

1468866

Link kopyalandı!
Son xəbərlər