Gürcülər Brilliant Dadaşovanın mahnısını oğurladı
Mədəniyyət
123
13:21, Bu gün

Gürcülər Brilliant Dadaşovanın mahnısını oğurladı

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.
 
Moderator.az bildirir ki, bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.
 
O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:
 
“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.
 
Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.
 
Link kopyalandı!
Son xəbərlər