Bizi sosial şəbəkələrdən izləyin:
Uzun müddətdir ki, səhhətində problem yaranan Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov vəziyyəti ilə bağlı danışıb.
Moderator.az xəbər verir ki, 81 yaşlı sənətkar Oxu.az-a açıqlamasında bildirib ki, səkkiz gündür ki, özəl xəstəxanalardan birində müalicə alır.
O qeyd edib ki, analizlərinin cavabı çıxıb:
"Səhərimi dərmanla açıram. Bütün yoxlanışlardan keçdim. Bronxlarımda problem var. Bundan əlavə, məndə mədə xorası və prostat vəzinin iltihabı var. Boyun fəqərəm və onurğamda əyrilik var. Ona görə də sağ tərəfimlə ləng hərəkət edirəm. Sabah Moskvadan həkim gələcək, o yoxlayacaq səhhətimi. Daha sonra 20 gün ev şəraitində müalicə alacağam. Sonda xəstəxanaya qayıdıb üç günlük müayinədən keçəcəyəm. Yəni illərdir ki, saymadığım, özbaşına buraxdığım günahlarımı yuyuram indi".