Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU
Mədəniyyət
207
15:59, Bu gün

Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU

Xalq artisti Rasim Balayev səhhətində yaranan problem səbəbindən bir müddət xəstəxanada müalicə aldıqdan sonra evinə buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə “pravda.az”a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu məlumat verib.
 
"Şükür Allaha, Rasim Balayev indi yaxşıdır. Çox narahatlıq olmasın deyə telefondan bir az uzaqdır. Fəqərə sütununda problem var idi, düzəlir... 
 
Sinirləri normal deyildi, artıq normallaşmağa başlayıb. Bir müddət xəstəxanada oldu, indi evindədir. Amma həkimlər evdə tam sakitlik şəraitində qalmağı məsləhət görürlər. Mən də çox narahat etmirəm. Bir-iki dəfə danışmışam. Əsasən, oğlu Ülvi ilə əlaqə saxlayıram, deyir ki, yaxşıdır. Qoy bir az əsəbləri yerinə gəlsin. Axı sinir pis şeydir. 
 
Şəfiqə Məmmədova ilə birlikdə tez-tez bir-birimizə Rasim Balayevin əhvalı barədə məlumat veririk. Tezliklə onu işdə gözləyirik. Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır. Allah onu bizə çox görməsin”, - o bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər