Televiziya məkanında mədəniyyətə yer varmı? – Vitse-spiker danışdı
Mədəniyyət
231
13:37, Bu gün

Televiziya məkanında mədəniyyətə yer varmı? – Vitse-spiker danışdı

“Mədəniyyət Konsepsiyası Azərbaycan mədəniyyətinin tarixində vacib hadisədir. İndiyədək belə bir qanun layihəsi olmayıb”.
 
Moderator.az bildirir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatı zamanı səsləndirib.
 
O qeyd edib ki, konsepsiya çərçivəsində görüləcək işlər yalnız 6 dövlət proqramının hazırlanması ilə məhdudlaşmayacaq:
 
“Mədəniyyət sahəsində bizim ana qanunumuz mövcuddur. Həmin qanuna bu konsepsiya çərçivəsində mütləq şəkildə əl gəzdiriləcək. Qanunda dəqiqləşmələr, tamamlamalar həyata keçiriləcək. Eyni zamanda yeni dövrün çağırışlarına uyğun olaraq, məhz beynəlxalq kontekstdə mədəniyyətimizin təqdimatını asanlaşdırmaq, onu daha münasib və çevik etmək üçün, yeni texnoloji imkanlar nəzərə alınmaqla yeni qanunlara da ehtiyac yaranacaq”.
 
Rafael Hüseynov bildirib ki, Azərbaycanda televiziya məkanında mədəniyyət xəbərləri prioritet təşkil etməlidir:
 
“Mədəniyyət və idman xəbərləri əksər hallarda son xəbərlər kimi təqdim olunur. Halbuki bu, əksinə olmalıdır. Mədəniyyət xəbərlərinin informasiya buraxılışlarında ilk sıralarda yer alması vacibdir”. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər