Xalq şairi Vahid Əzizdən XƏBƏRDARLIQ - ALDANMAYIN!
Mədəniyyət
505
15:46, Bu gün

Xalq şairi Vahid Əzizdən XƏBƏRDARLIQ - ALDANMAYIN!

Xalq şairi Vahid Əziz onun adından keçiriləcəyi iddia olunan tədbirlə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Xalq şairi Moderator.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, guya fevralın 8-də Opera Studiyasında Vahid Əzizlə görüş keçiriləcəyi barədə  məlumatlar yayılıb. Həmçinin iddia edilən tədbirlə bağlı onlayn bilet satışı həyata keçirilir.

Vahid Əziz qeyd edib ki, hazırda belə bir tədbirin keçirilməsi nəzərdə tutulmur. O, vətəndaşları saxta elanlara inanaraq bilet almamağa çağırıb.

“Çox xahiş edirəm, aldanmayın. Belə bir tədbirin keçirilməsini hələ nəzərdə tutmuram. Rəsmi məlumat olmadan saxta biletlər almayın”, – deyə Xalq şairi vurğulayıb.

V.Əziz həmçinin bildirib ki, onunla bağlı keçiriləcək hər hansı rəsmi görüş və ya tədbir barədə məlumatlar yalnız şəxsi və rəsmi səhifələri vasitəsilə paylaşılacaq. 

 

Rumiyyə

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər