Ərdəbildə yaşayan şəxslər həqiqətənmi Qaçaq Nəbinin qohumlarıdır? - kötücəsi İLK DƏFƏ açıqladı
Mədəniyyət
60
10:25, Bu gün

Ərdəbildə yaşayan şəxslər həqiqətənmi Qaçaq Nəbinin qohumlarıdır? - kötücəsi İLK DƏFƏ açıqladı

Sosial şəbəkədə yayılan videogörüntülərdən birində Ərdəbildə yaşayan iki xanım Qaçaq Nəbinin soyundan olduğunu bildirib. Belə ki, səyahət blogeri Şahpələng Ərdəbildə olarkən onlara rast gəlib.

Xanımlardan biri belə deyib:

“Nəbinin bacısının adı Səlminaz idi. O bu taya iki oğlu ilə gəlib. Oğlanın biri adaxlı, biri isə subay olub. Onlardan birinin adı Hüseynxan idi. Hüseynxan Nəbinin bacısı oğludur. Məni Səlminaz xanıma çox oxşadırlar. Saçı çox yoğun idi, saçını səhəngə dolayıb, bulaqdan su götürərmiş. Səlminaz 100 il bundan əvvəl dünyasını dəyişib. Hüseynxan evlənib, 4 övladı olub. Biz onun o nəslindən dünyaya gəlmişik. Qaynanam qız nəticəsi, mənim atam isə oğlan nəticəsi olub. Mən kötücə hesab olunuram. Atamın nənəsi Tükəz xanım Nəbinin ölümünü öz gözü ilə görüb. Nəbi Kərbəlaya gedib, qayıdanda yolda öldürüblər” - deyə bildirib.

Rüqəyya xanımın həqiqətən də Nəbinin soyundan olub - olmadığını öyrənmək üçün onun kötücəsi Həcər Əkbərova ilə əlaqə saxladıq.

Moderator.az-a açıqlamma verən Həcər xanım bunları bildirib:

“Nəbinin çoxlu bacıları olub. Adları kameral siyahıda var idi. Səkinə, Səlimə yoxsa Səlminaz dəqiq yadımda deyil. Onu bilirəm ki, bacıları çox olub. Çoxu da Arazın o tərəfinə keçiblər. Ehtimal ki, düzdü” deyə o bildirib.

Həcər xanım bildirib ki, ulu nənəsinin adını şərəflə daşıyır:

“Həcər adını mənə şəhid olan babam Əliş kişi verib. Bu adın məsuliyyətini uşaq yaşlarımdan dərk edirəm. Atam uşaq yaşlarımdan mənə silahdan atəş açmağı öyrədib. O Birinci Qarabağ müharibəsinə könüllü gedib Füzulidə döyüşüb. Bəlkə də gendən, qandan gələn məsələdir ki, bizim ailə üzvlərimiz də hər zaman qəhrəmanlıq nümayiş etdiriblər. Uşaq yaşlarımdan at çapıram. Yaşım artsa belə at çapmağı sevirəm. Adın gətirdiyi bir məsuliyyət var. Hər zaman düşünmüşəm ki, ulu nənəm kimi insanlara faydalı və yararlı olum” - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər