Bizi sosial şəbəkələrdən izləyin:
"Allah məni sevdi ki, teatrdan ayrıldım. İncidim getdi. Teatrdakı aktyor və aktrisaların üsyanını qınayırlar. Aktrisayam, başqa yerdə çalışa bilmərəm. Amma teatr müdiri başqa yerdə işləyə bilər".
Bu sözləri Əməkdar artist Kubra Əliyeva "Qapqara" yutub layihəsində deyib.
Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən tələbələrin teatrda iş tapa bilməməsindən şikayətlənib:
"Aktyor teatrdan ayrılır və özünü heç yerdə tapa bilmir. Bəzən alış-verişə gedirəm. Baxıram, bir gənclik dövrünü keçən adamdır. Danışıram, deyir, incəsənət universitetini bitirmişəm. Ürəyimin başına od düşür. Mən də oxumuşam orada. Nə həvəslə ora girib, amma teatrda yer tapa bilmir. Ailəsini dolandırmalıdır. Evin qazanının qaynaması üçün qazanın içini qazanmalısan". (Axşam.az)