Məşhur aktyor vəfat etdi
Mədəniyyət
177
21 Jan 2026 | 23:33

Məşhur aktyor vəfat etdi

Türkiyə teatrının və kino sahəsinin dəyərli siması, tanınmış aktyor Haldun Dormen uzun sürən xəstəlikdən sonra vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə aktyorun oğlu Ömər Dormen məlumat verib. 

O,  sosial media hesabında paylaşım edərək bunları yazıb:
"Sevimli atam Haldun Dormeni əbədi həyata yola salmağın kədərini ifadə etmək üçün söz tapa bilmirəm. Onu tanıyan, sevən və həyatına toxunan hər kəsə başsağlığı diləyirəm. Ruhu cənnətdə olsun."

Qeyd edək ki,  təxminən 3 həftə əvvəl infeksiya səbəbindən xəstəxanaya yerləşdirilən 97 yaşlı aktyor reanimasiya şöbəsində müalicə olunurdu.

Dövlət sənətçisi ünvanına  sahib olan Haldun Dormen bu il yaradıcılığının 72-ci ilini qeyd etmişdi. O, 1990-cı illərdə Hacettepe Universiteti tərəfindən Fəxri Elmlər Doktoru adı ilə təltif olunub və bir çox beynəlxalq festivalda onur mükafatlarına layiq görülmüşdü.

Link kopyalandı!
Son xəbərlər