00:21
2°C
Bakı
Bakı Uşaq və Gənclər Teatrında "Dovşanın evi" (Müəllif Arzu Soltan, rejissor respublikanın əməkdar artisti İntiqam Soltan) tamaşasının premyerası baş tutub.
Tamaşa uşaqlar üçün nəzərdə tutulub. İnteraktiv üslubda hazırlanıb.
Bir qədər eksperimental tamaşadır. Tamaşaçılar da tamaşada müəyyən məqamlarda iştirak edir, səhnəyə çıxırlar. Səhnə əsərinin əsas məqsədi uşaqlara əməkdaşlığın, xoş ünsiyyətin, mehribanlığın əhəmiyyətini göstərməkdir.