Afaq Bəşirqızı qayıdır -“Vaxtlı-vaxtında məşqlərə gəlib, məsləhətlərini verir”-FOTO+ÖZƏL
Ekskluziv
1253
10:33, Bu gün

Afaq Bəşirqızı qayıdır -“Vaxtlı-vaxtında məşqlərə gəlib, məsləhətlərini verir”-FOTO+ÖZƏL

“Bilirsiniz ki, artıq bir neçə aydır Akademik Musiqili Teatrında Əli Əmirlinin “7 məhbusə anası” əsəri əsasında “Zal qızı Zalxa” tamaşası səhnələşdirilir. Tamaşa xalq artisti, görkəmli sənətkar Afaq Bəşirqızının yubileyinə bir töhfədir. Afaq xanım vaxtlı-vaxtında məşqlərə gəlib-gedir. Hardasa 3 aydır məşq prosesimiz gedir. Hazırda uzadılmış məşqlərdir. Yanvar ayının 30-31 də premyeramız gözlənilir. Əminəm ki, hər şey yaxşı olacaq”.

Bunu Moderator.az - a açıqlamasında Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov deyib.

O, daha sonra əlavə edib:

“Bilirsiniz ki, “7 məhbusə anası” teatrın səhnəsində mərhum rejissor Oruc Qurbanovun quruluşunda hazırlanıb. Amma bu tamaşa çox fərqli olacaq. Obrazların fərqli xarakterlərini üzə çıxaracağıq. Afaq xanım baş rolda olduğu üçün hər şeyi onunla məsləhətləşirik. Fikirlərimizi də yüksək qiymətləndirir. Lazım olanda özü də təkliflər edir. Bir rejissor kimi Afaq xanımla işləmək mənə böyük zövq verir”, - deyə rejissor Samir Qulamov.

Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı uzun müddətdir səhhəti ilə bağlı problemlərə görə səhnəyə çıxmır. O sonuncu dəfə “Toya bir gün qalmış” tamaşasında rol alıb.

Link kopyalandı!
Son xəbərlər