Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görüləcək
Mədəniyyət
191
17:35, Bu gün

Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görüləcək

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi AMEA, DTA, Şuşa Şəhəri DQİ, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlilini, məlumatların sistemləşdirilməsini, tədbirlər planının hazırlanması və təsdiqini, mədəni irsin, o cümlədən arxeoloji, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin “e-culture” platformasına inteqrasiyasını təmin etməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər