Eldar Mansurovdan müğənniyə CAVAB: “Arxamca danışırlar, mahnını sevdirə bilsəydi başqasına verməzdim” - FOTO+ÖZƏL
Mədəniyyət
2290
10 Jan 2026 | 08:17

Eldar Mansurovdan müğənniyə CAVAB: “Arxamca danışırlar, mahnını sevdirə bilsəydi başqasına verməzdim” - FOTO+ÖZƏL

Ötən illərin məşhur müğənnisi Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) saytımıza açıqlamasında Eldar Mansurovun onun üçün bəstələdiyi mahnını onun xəbəri olmadan xalq artisti Zülfiyyə Xanbabayevaya verdiyini açıqlayıb.

Moderator.az-a açıqlama verən bəstəkar Eldar Mansurov müğənninin dediklərinə elə saytımızda cavab verib:

“Məni qalmaqallara qatmayın, uzaq edin. Mahnı mənimdir, kimə istəyirəm verirəm oxumağa, kimə istəmirəm vermirəm! Vəssalam! Qurtardı getdi! Özüm bilərəm. Mahnını vermişəm oxuyub, amma mahnı “tutmayıb”. Sonradan bu mahnını verdim Zülfiyyəyə, mahnı “tutdu”. Bundan qalmaqal etmək lazım deyil. Mən heç onların danışıqlarına qulaq asmıram. Mənə maraqlı deyillər. Arxamca çox danışırlar. Mahnını sevdirə bilməyib, sevdirsəydi niyə başqasına verirdim? Bəstəkarın belə bir hüququ var. O vaxt “Bayatılar”-ı verdim Brilliant oxudu, sevdirdi. Mahnı da onun ayağına yazıldı. Sözügedən mahnı da Zülfiyyənin ayağına yazıldı. Müğənnilər inciməsinlər, bəstəkar istəyir ki, mahnısı tanınsın, sevilsin” deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər