Bakı Uşaq və Gənclər teatrı insanları tamaşa ilə narkomaniya və QİÇS-ə qarşı mübarizəyə çağırdı - FOTO
Mədəniyyət
219
18:20, Bu gün

Bakı Uşaq və Gənclər teatrı insanları tamaşa ilə narkomaniya və QİÇS-ə qarşı mübarizəyə çağırdı - FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı Suraxanı İcra Hakimiyyətinin təşkilatçılığı ilə gənclər və yeniyetmələr üçün "Həyatla oyun" tamaşası nümayiş olunub.

Moderator.az xəbər verir ki, tamaşa, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli, 721 saylı sərəncamına əsasən - "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ı çərçivəsində təşkil olunub.

Tamaşadan öncə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ləman Həşimova, respublikanın əməkdar artisti İntiqam Soltan çıxış edib.

Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır, insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. Tamaşa Avropa Şurasının  Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə həyata keçirilən innovativ layihə olaraq, 80 ölkə tərəfindən təqdim olunmuş layihə arasında ilk üçlüyə düşmüşdür və teatra sertifikat təqdim edilib. Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltan, müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır. Tamaşadan sonra Respublikanın Əməkdar artisti İntiqam Soltan mövzu ətrafında müzakirələr aparıb.

Link kopyalandı!
Son xəbərlər