Xalq şairi xəstəxanadan evə buraxıldı
Mədəniyyət
222
14:23, Bu gün

Xalq şairi xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.
 
"Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.
 
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər