“Şəbnəm Alim Qasımovun cibinə 15 min manat basıb, ora pula görə gedib, ona görə yox”- FOTO+ÖZƏL
Mədəniyyət
531
10:15, Bu gün

“Şəbnəm Alim Qasımovun cibinə 15 min manat basıb, ora pula görə gedib, ona görə yox”- FOTO+ÖZƏL

“Alim Qasımov dünya şöhrətli müğənni olsa da, bizim kimi adi insandır. Düzdür, təqaüd alır, fəxri adları var, amma yenə də maddi vəziyyəti o deyil. Fərqanənin övladlarına baxır. Çoxu qınadı ki, niyə Şəbnəm Tovuzlunun ad gününə gedib? O Şəbnəmin oxumağına görə yox, qazandığı pullara görə ora gedib. Alimin adı-sanı, çəkisi hara? Şəbnəm hara? Bunlar ayrı-ayrı şeylərdir. Demək ki, məcburiyyət qarşısında qalıb gedib. Necə ki, hansısa müğənni verilişimə gəlir, oxuya bilmir, amma bilirəm ki, ödənişlidir ona görə səsimi çıxara bilmirəm. Bu da elə. Şəbnəmin də özünə görə adı-sanı var. Eşidirəm tez-tez onu Gürcüstana toylara dəvət edirlər, başına dollar atırlar”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

O, daha sonra əlavə edib:

“Alim toyxana ilə Alim olmayıb. Efirlə, səsi ilə Alim olub. Toyxana oxuyanı ayrıdır, sənətkar ayrı. Zeynəb Xanlarovanı heç kim toyda görməyib. Alim ora pulla gedib. Şəbnəm ən azı 15 min basıb cibinə. Bəlkə də dost kimi gedib. Amma inanmıram. Alim Şəbnəmlə durub dostluq edəcək?! Şəbnəm məni də dəvət etsəydi gedərdim. Puluna minnət. Mənim adım Əli Mirəliyevdir, Alimdən də əvvəl oxuyuram. Şəbnəm üçün də böyük qazanc və reklamdır ki, Alim Qasımov onun ad günü məclisində açılış edib” deyə müğənni bildirib.

Qeyd edək ki, Alim Qasımovun Şəbnəm Tovuzlunun doğum gününə gedib, duet ifa etməsi bir çox izləyicinin qınağına səbəb olub.

Link kopyalandı!
Son xəbərlər