“Məktəblərdə adımıza pul yığırlar, valideynlər də şaxta babanı qarğışlayır”- 60 ilin Şaxta babası - ÖZƏL+FOTO
Ekskluziv
4058
11:05, Bu gün

“Məktəblərdə adımıza pul yığırlar, valideynlər də şaxta babanı qarğışlayır”- 60 ilin Şaxta babası - ÖZƏL+FOTO

“Mən 7-ci sinifdən bu günə qədər şaxta baba obrazını sevə-sevə oynayıram. Şaxta baba paltarım da var. Aztv-də və digər verilişlərdə şaxta baba kimi çağırılanda iştirak edirəm. Bu il də yeni il verilişlərində olacağam. Məktəblərdə yeni il şənlikləri keçirilmədiyi üçün ora getmirəm. Sözün düzü harada pul yığılırsa, ora getmirəm. Baxçalarda tədbirlər olur. Orada pul yığılır, vicdanım buna yol vermir. 30 nəfər uşaq varsa 15-i pul verir, yarısı pul verə bilmir. Çağıranda da getmirəm. Sadəcə şəkil çəkdirmək üçün getmişəm. Fotoqraf mənə 40 manat verib. Uşaqlar da sevinib, mən də. Məktəblərdə valideyn komitəsinin sədri uşaqlardan pul yığır, valideynlər də elə bilir ki, o pulların hamısı şaxta babaya çatır. Alınan hədiyyələr də o qiymətə dəymir. Ah, qarğış, nifrət hamısı düşür şaxta babanın üstünə. O qarğışı, ahı qəbul etmədiyim üçün istəmirəm. O pullar şaxta babaya çatmır. İstəyirəm valideynlər bunu bilsin. Əgər o şaxta baba, kosa üçün yığılan pullardan mənə nəsə çatsaydı bu dəqiqə Müşfiqabadda yox, şəhərin mərkəzində iki otaqlı evdə yaşayırdım, sürməyə maşınım da vardı”.

Bunu Moderator.az-a açıqlamasında aktyor Adışirin Bağırov deyib.

O daha sonra əlavə edib:

“Evlərə də dəvət edəndə heç kimi qəlbini qırmıram. Deyirəm ki, nə olar min bərəkət. Ən çox aldığım məbləğ 30 manat olur.  20 manat da olub. Görmüşəm ki, valideyn meyvə-tərəvəzdə işləyir, amma uşaqlarını sevindirmək istəyir. Çıxarıb 10 manat verib, demişəm ki, min bərəkət. Hədiyyələri də valideynlər verirlər. Şaxta baba uşaqları sevindirməlidir. Hələ ki, evlərə çağırmayıblar. Çağırsalar bilirlər ki, Adışirin 20-30 manat alır. 2-3 il bundan əvvəl mənim iki şaxta baba tədbirim üst-üstə düşmüşdü. Qonşuluqda olan sənət yoldaşımdan xahiş etdim ki, yerimə getsin. Dedim uzağı sənə 50 manat verə bilərlər. Dedi ki, “nə danışırsan, mən 100 manatdan aşağı getmirəm”.Varlı adamlar məni çağırmır. Çünki onların şaxta babası restoranda olur” deyə aktyor bildirib.

Adışirin Bağırov bildirib ki, bu işlə peşəkarlar məşğul olmalıdırlar:

“Şəhərdəki şaxta babalar lisenziya ilə çalışırlar. Onlar da pul ödəyirlər. Hər gün də qazancları olur. Şəkili də pulla çəkdirirlər. O tədbirlərdə mən olmamışam. Ali səviyyəli yerlərdə olmaq istəyirəm. Çöldə yolkanın ətrafında duran şaxta babadan nə performans gözləyə bilərsən? Hünərin varsa get evə, 5-6 uşağı əyləndir. Bu istedad, aktyorluq tələb edir. O həm oynamlıdır, həm uşaqları sevindirməlidir. Proqramı maraqlı etməlidir. Valideynlər də şaxta babanı sevirlər. İldə bir dəfə şaxta baba tədbiri keçirilir. Şəhərdə şaxta baba maketləri qoyurlar. Uşaqlarda yalançı şaxta baba mövhumu onlardan yaranır. Uşaqlar axı şaxta babaya hələ də inanırlar! Onların inamını itirmək olmaz” deyə aktyor bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər