“Addım-addım Vətəndə”-bu dəfə Ağdamda-FOTOLAR
Mədəniyyət
4366
15:29, Bu gün

“Addım-addım Vətəndə”-bu dəfə Ağdamda-FOTOLAR

Moderator.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı  “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə  tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin dördüncü səfəri dekabrın 16-da Ağdam Dövlət Dram Teatrı  ilə birgə Quzanlı qəsəbəsində həyata keçirilib. Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra   aparıcılar Ağdam Dövlət Dram Teatrının aktyoru Anar Əhməd və  Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev cıxış edərək,  hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.


Teatrın rəhbərləri  Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Məhəmməd Hüseynov çıxışlarında layihə haqqında danışıblar. Proqramda Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında musiqi nömrələri, “Göyçək Fatma” tamaşasından bir hissə, Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Qarınqulu ayı”, "Qırmızıpapaq" tamaşasından səhnəciklər, Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri nümayiş olunub. 


Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı tərəfindən Ağdam Dövlət Dram Teatrına  təşəkkürnamə təqdim edilib. Həmçinin  Ağdam Dövlət Dram Teatrı Bakı Uşaq və Gənclər Teatrına Fəxri Fərman təqdim edib.


Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə  Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurulması planlaşdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər