Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış
Mədəniyyət
251
18:30, Bu gün

Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib - FOTO

Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə öncə şəhid və Vətən müharibəsi veteranlarının övladları üçün qısa tur təşkil edilib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvləri Tofiq Quliyevin "Dostluq mahnısı"nı ifa ediblər, həmçinin "Sənət" incəsənət mərkəzinin bədii qrupu "Dəniz" rəqsini təqdim edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və kitabın müəllifi, Əməkdar artist Bəhram Bağırzadə qonaqları salamlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya tədbirdə iştirakına və göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər. "Qara qızılın sirri" kitabı barədə fikirlərini bölüşən çıxışçılar Azərbaycanın neft tarixindən bəhs edən nəşrin əhəmiyyətini qeyd edib, kitabın növbəti cildinin ölkəmizin yeni enerji strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nə həsr ediləcəyini ifadə ediblər.

Tədbirdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunduqları vurğulanıb. Tarixi zəfərlərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıq ifadə edilib. Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına göstərilən davamlı diqqət xüsusi vurğulanaraq fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu kimi layihələrdə şəxsən iştirakının tədbirləri daha da əlamətdar etdiyi bildirilib.

Təqdimatın "Oxu saatı" hissəsində SOCAR könüllüləri tərəfindən uşaqlara "Qara qızılın sirri" kitabından parçalar səsləndirilib.

Tədbir çərçivəsində kitabın müəllifi Bəhram Bağırzadə uşaqlar üçün xüsusi imzalama sessiyası keçirib.

​Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər