Mədəniyyət
305
13:17, Bu gün

"Filmdə öpüşdüyüm adam doğma ərimdir"

Rejissor Suada Qarayevanın "Məhsəti" filminin Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalından çıxarılması haqqında xəbər vermişdik. Filmdəki intim səhnə sosial mediada müzakirələr yaratmış, aktrisa və rejissor tənqid olunmuşdu.
 
Moderator.az xəbər verir ki, filmdə "Məhsəti" obrazını canlandıran aktrisa Fərqanə Abdulla öpüşmə səhnəsindən danışıb.
 
Aktrisa onu tənqid edənlərə sosial media hesabında cavab verib:
 
"Suada ilə film haqqında danışanda ilk olaraq soruşmuşdum ki, film harada yayımlanacaq? Səhnəyə görə qorxurdum.
 
Yeri gəlmişkən, filmdə öpüşdüyüm adam doğmaca ərimdir. Başınız xarab olmasın. Suadaya dedim ki, utanıram, atası, anası görər. Bunun görünməsini istəmirəm. Yəqin ki, ancaq xaricdə yayımlanacaq. Festivallarda göstəriləcək. Dedi ki, bu, festival filmidir. Sağ olsunlar. Azərbaycanda hamı gördü. Bunu tirajlayaraq təkrar-təkrar niyə verirsiniz?!
 
Bir şeyin fərqinə vardım ki, insan nədən qorxursa, onu yaşayır. Təəssüf ki, Azərbaycan kimi cəmiyyətdə sən nə edirsənsə et, səni anlamırlar, anlamayacaqlar da. Bu, yəqin ki, ilk deyil, son da olmayacaq. Hələ ki, məni çox meydanlara çıxarıb daşlayacaqlar. Əsəblərim 1 ilə ancaq özünə gələr. Yoxsa hər gün Azərbaycan gündəmində olmaq çoxdur.
 
Qəlbiniz nə qədər qara və daşdan olmalıdır ki, ağzınıza gələni yaza bilmək cəsarətində olasınız".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər