Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, rejissor Suad Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalından çıxarılıb.
Moderator.az xəbər verir ki, ekran işi ilə bağlı günlərdir davam edən müzakirələr və kəskin tənqidlər fonunda rejissor filmin festivaldan çıxarılamsına etirazı ilə bağlı paylaşımını sosial media hesabından silib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuradan filmə qoyulan qadağa ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, S.Qarayevanın hazırladığı filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də, obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Xatırladaq ki, Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.