Xalq artisti Türkiyədə ağır əməliyyat keçirdi - FOTO
Mədəniyyət
7453
09:40, Bu gün

Xalq artisti Türkiyədə ağır əməliyyat keçirdi - FOTO

Azərbaycanın Xalq artisti Azərin (Anaxanım Tağıyeva) ağır əməliyyat keçirib. 

Moderator.az xəbər verir ki, qardaş Türkiyə respublikasında əməliyyat olunan sənətkarın hazırda səhhəti normaldır. 

Bu barədə Azərin xanım sosial media hesabında paylaşım edib. 

“Həyat bir imtahandır və hər kəs zaman-zaman bu imtahanlardan keçir. Mən də ciddi sağlamlıq problemləri səbəbilə çətin bir dövr yaşadım və əməliyyat olunmaq qərarı verdim. Şükürlər olsun ki, hazırda vəziyyətim yaxşıdır və hər keçən gün özümü daha yaxşı hiss edirəm,” – deyə sənətçi sosial media paylaşımında bildirib.

O, çətin proses boyunca yanında olan şəxslərə xüsusi təşəkkürünü çatdırıb:

“Türkiyə Respublikasının Səhiyyə Naziri Prof. Dr. Kemal Memişoğlu və komandasının şəxsi diqqət və dəstəyi mənim üçün böyük mənəvi dayaq oldu. Ankara Şəhər Xəstəxanasının personalına, həmçinin həkimlərim Prof. Dr. Osman Türkmen, Prof. Dr. Özlem Moraloğlu Tekin və Op. Dr. Gonca Türker Ergünə göstərdikləri qayğı və peşəkarlığa görə minnətdaram.”

Sənətçi həmçinin ona ilk gündən mənəvi dəstək verən yaxın dostunun, türkiyəli jurnalist adını xüsusi qeyd edib:

“Bu müddətdə dəstəyini əsirgəməyən dostum Fulya Öztürkə ürəkdən təşəkkür edirəm.”

Ailəsinə və dostlarına da təşəkkür edən sənətçi onların mənəvi dayaq olduğunu vurğulayıb:

“Duaları ilə məni bir an belə tək qoymayan ailəmə və dəyər verdiyim dostlarıma minnətdaram. Onların sevgisi və dəstəyi bu çətin dönəmdə mənə güc verdi. Həyatımda olduqları üçün Allaha şükür edirəm. Rəbbim hər birinizdən razı olsun.”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by AzeRin (@_azerin_)

 

Link kopyalandı!
Son xəbərlər