“Təsadüfi insanlar çoxdur, onlar gec-tez sənətdən gedəcəklər” - FOTO+ÖZƏL
Mədəniyyət
139
11:00, Bu gün

“Təsadüfi insanlar çoxdur, onlar gec-tez sənətdən gedəcəklər” - FOTO+ÖZƏL

“Sənətdə təsadüfi insanlar çoxdur. Onlar gec-tez sənətdən gedəcəklər yaxud da sənəti hansısa peşəyə satacaqlar. Bunu əminliklə deyirəm. Necə ki, sevmədiyin insanla bir evdə yaşamaq çətindirsə, eynilə sevmədiyin lakin nəyəsə görə gəldiyin sənətlə məşğul olmaq da o qədər çətindir. Mən teatrda çalışdım, amma gördüm ki, özümü çox həsr edirəm. Öz-özümə dedim ki, bəsdir, get universitetdə dərs de, ömrünü teatra həsr etmə. Peşman deyiləm, çünki tələbələrim çoxdur və əksəriyyətindən də razıyam”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib.

O daha sonra əlavə edib:

“Heç vaxt sözü həmin insana xoş gəlsin deyə demirəm. Ona görə deyirəm ki, həmin insan nəticə çıxarsın, nəyisə dəyişsin. Bu zaman da deyirlər ki, acıdil insandır. Heç kimə yaltaqlanmıram. Ona görə deyirlər ki, həmişə sözü üzə deyən insanla dostluq et, o gedib sənin arxanca danışmayacaq” deyə sənətkar bildirib.

Gülşad Baxşıyeva “Bəxt üzüyü” filmindəki həmkarı, Seda rolunun ifaçısı Firəngiz Rəhimbəyovanı da xatırlayıb:

“Firəngiz Rəhimbəyova tanınmış müğənni idi. Azərbaycandan kənara tez-tez gedib-gəlirdi. Səfərlərdə, qastrollarda olurdu. Mən onun həyata baxışından, insanlara olan münasibətindən böyük dərs götürürdüm. Baxmayaraq ki, məndən yaşda kiçik idi. Heç vaxt özünü “göylə” aparmadı. Demirdi ki, mən tanınmış müğənniyəm. Hamı ilə eyni səs tonunda danışırdı. Bəlkə də onun üstünlüyü elə bu xasiyyətində idi. Deyirdi ki, “pis şeyləri unut, yaddaşından çıxart”. Onu hər zaman belə xatırlayıram və aramızda olmadığı üçün təəssüflənirəm” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər