“Leyla Şıxlinskaya ilə açıq-saçıq səhnələrdə çəkilməkdən imtina edib deyir ki, hamını çölə çıxarın...” - FOTO+ÖZƏL
Mədəniyyət
443
10:58, Bu gün

“Leyla Şıxlinskaya ilə açıq-saçıq səhnələrdə çəkilməkdən imtina edib deyir ki, hamını çölə çıxarın...” - FOTO+ÖZƏL

“Görkəmli sənətkarımız Həsən Məmmədovun doğum günüdür. O hər bir azərbaycanlının sevərək izlədiyi aktyorumuz idi. Həsən Məmmədov düz 10 il Akademik Milli Dram teatrında aktyor ştatında çalışıb. Amma kinoda olduğu kimi teatrda parıldaya bilmir. Kino sahəsinə “Böyük dayaq” filmindəki Qaraş rolu ilə gəldi. Universitetin 2-ci kursunda təhsil alırdı, təsadüfən onu filmə dəvət edirlər. Həsən Məmmədov çox abırlı, sakin, təmkinli, utancaq bir insan, aktyor idi. Bu xasiyyət onun oynadığı bütün rollara sirayət etmişdi. “Böyük dayaq” filmindən hər zaman danışıb deyirdi ki, “Ələsgər Ələkbərovun mənə vurduğu şillə vizit kartım oldu”. Mən təsəvvür edirəm ki, şillə ona dəyəndə Həsən Məmmədov necə hallar keçirib”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə deyib.

O daha sonra əlavə edib:

“Həsən Məmmədovun çox kövrək, həlim ürəyi var idi. “7 oğul istərəm” filmində bilirsiniz ki, Bəxtiyar roluna çəkilib. O Humayı döymək istəmirdi. Deyirdi ki, “vallah ayıbdır, mən necə onu döyüm?”. Rejissor onu məcbur edib. O da özündən asılı olmadan bu işə razılıq verib. Bu aktyorluq sənətində çox nadir hadisədir. “Gün keçdi” filmi çəkilirdi. Əvvəldən rejissorla şərt kəsdi ki, açıq-saçıq səhnələrə çəkilməyəcəm. Çox ağır adam idi. Sırtıq, üzlü adamlardan zəhləsi gedirdi. Bu filmdə də Leyla Şıxlinskaya ilə bir az açıq-saçıq səhnələri çəkilməli idi. Etiraz edir. Şərt kəsir və hamı otaqdan çıxır. Təkcə operator və Leyla Şıxlinskaya otaqda qalır. Amma yenə də həmin səhnələr səthi çəkilir. Əllərini aktrisanın çiyninə qoyur və məsafə saxlayır. O belə bir insan idi. Heç vaxt xarakteri dəyişmədi. Həqiqətən də onun yeri dostlarımın yanında ən başda idi” deyə Aydın Kazımzadə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər