Xalq artisti Roza Cəlilova VƏFAT ETDİ
Mədəniyyət
365
10:44, Bu gün

Xalq artisti Roza Cəlilova VƏFAT ETDİ

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.
 
Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, sənətkar yaşadığı mənzildə - Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.
 
Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.
 
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib.
 
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.
 
Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər