Cəfər Cabbarlının büstü bərpa ediləcək
Mədəniyyət
124
21:40, Bu gün

Cəfər Cabbarlının büstü bərpa ediləcək

Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının "Azəbaycanfilm" kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq "Kinopark"da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: "Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin bərpasıdır. Bərpa zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq".

Link kopyalandı!
Son xəbərlər