“Zəngəzur: tarix və müasirlik” kitabı çapdan çıxıb  - FOTO
Mədəniyyət
364
17:41, Bu gün

“Zəngəzur: tarix və müasirlik” kitabı çapdan çıxıb  - FOTO

Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə “Zəngəzur: tarix və müasirlik” kitabı çap olunub.

Moderator.az xəbər verir ki, kitabın redaksiya heyətinin üzvləri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Akif Nağı,  iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi, araşdırmaçı jurnalist Novruz Novruzovdur. 

Buraxılışın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağıdır. Nəşrdə Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü və təşkilatçılığı, “İğdır Azerbaycan dil, tarih ve kültür birliğini yaşatma ve destekleme derneği”, “İğdır Azerbaycan Evi” və “Van Küresünniler derneği”nin dəstəyi  ilə 2023-cü il oktyabr ayının 19-21-də Türkiyə Cümhuriyyətinin İğdır və Van şəhərlərində onlayn və əyani formatda keçirilmiş “Zəngəzur: tarix və müasirlik” konfransının materialları toplanıb.

Kitabda Qasım Hacıyev, Rizvan Hüseynov, İsmayıl Musa, Briliant Cəfərli, Ramin Əlizadə, Ziya Zakir Acar, Tofiq Nəcəfli, Kerem Karabulut, İsmayıl Hacıyev və digər tədqiqatçıların məqalələri yer alıb. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər