Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürüldü
Mədəniyyət
248
12:05, Bu gün

Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürüldü

"Atamın vəziyyəti yaxşı deyil. Bir neçə gündür Milli Onkologiya Mərkəzinə köçürülüb".
 
Moderator.az xəbər verir ki, bu barədə Teleqraf-a əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib.
 
"Boğazındakı şişlər nəfəs borusunu sıxır və beyinə gedən arterial böyük damarı təzyiq altında saxlayır. Bu səbəbdən beynin yarımkürəsində qan sızmaları yaranıb. Hazırda reanimasiyadadır. Biz əməliyyat etdirmək istəyirik, amma həkimlər bu vəziyyətdə əməliyyat aparmağa risk etmirlər", - deyə Y. Muradov əlavə edib.
 
Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.
 
O, bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər