“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...”- xalq artisti - FOTO+ÖZƏL
Mədəniyyət
986
08:30, Bu gün

“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...”- xalq artisti - FOTO+ÖZƏL

“Bütün Azərbaycan və dünyada yaşayan həmyerlilərimiz bu gün Zəfər gününü qeyd edir. 30 il gözlədik, torpaqlarımıza kənardan baxdıq və nəhayət ki, qələbə çaldıq. Biz ümid edirdik və inanırdıq ki, nə vaxtsa torpaqlarımız qayıdacaq, amma buna inanmırdıq ki, bizim ona ömrümüz yetəcək. Çox şükür ki, biz bu günlərin əyani şahidi olduq”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, professor Siyavuş Kərimi deyib.

O daha sonra əlavə edib:

Şuşa bizim musiqimizin paytaxtıdır. Şuşa bizim əzəli və əbədi mmədəniyyət evimizdir. Xatırlayıram ki, mən teatrda səhnələşdirilən bir tamaşaya musiqi yazırdım. Həmin tamaşada bir söz diqqətimi çəkdi. Bizim ordumuz həmlə edib, Şuşaya girəndə zabit öz əsgərlərinə deyir ki, “indi də gedirik Şuşanın 28 il ərzində bizdən incik könlünü və özünü almağa”. Biz o torpaqların qədrini bilməliyik. Çünki o torpaqların hər birində şəhid qanı var. Əlbəttə ki, müharibə itkisiz olmur. Biz torpaqlarımızı qazandıq amma vətənpərvər övladlarımızı vətən uğrunda şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Əlbəttə ki, biz Ali Baş Komandanımızın mükəmməl sərkərdəliyi və şəhidlərimizin, qəhrəman övladlarımızın sayəsində torpaqlarımıza qovuşduq. 5 ildir ki, biz o torpaqlara gedib gəlirik. Şuşa Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Biz o yerlərə böyük sevinclə gedirik. Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri, tikinti gedir. Quruculuq işlərindən sonra biz orada mədəniyyətimizi də inkişaf etdirəcəyik. Bu hər bir sənətkarın borcudur” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər