Elmira Rəhimova səhhətindən danışdı: “Həkimlərin nəzarəti altındayam”-FOTO
Mədəniyyət
1397
01 Nov 2025 | 09:27

Elmira Rəhimova səhhətindən danışdı: “Həkimlərin nəzarəti altındayam”-FOTO

“Artıq 9 gündür ki, anam xəstəxana şəraitində müalicə alır. Bir neçə xəstəliyi ilə yanaşı, təzyiq və şəkəri də yüksək idi. Hələ ki, evə çıxması ilə bağlı bizə bir məlumat vermirlər. Çünki sağ çiynində ağrı var. Bu ağrı da onun əlinə təsir edir. Xəstəxanada yoxlanılır, diqqətdə saxlanılır. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Elmira Rəhimovanın oğlu Anand Əliyev deyib. 

Xəstəxanada müalicə alan sənətkar Elmira Əliyeva çətinliklə də olsa Moderator.az-a bir neçə kəlmə danışıb:

“Həkimlərin nəzarəti altındayam. Ölkə başçısına, Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya, Zakir doktora, Səhiyyə Nazirliyindən Təranə xanıma öz təşəkkürlərimi bildirirəm. Tamaşaçılar narahat olub. Dünəndən oğluma zəng edirlər. Onların hər birinə sağlam həyat arzulayıram. Allahın köməkliyi ilə sağalım xəstəxanadan çıxacam” deyə sənətkar bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər