“Asəf Zeynallının ölümündə tanınmış müğənnimizin əli var, onu bilərəkdən....” - ÖZƏL+FOTO
Mədəniyyət
1262
10:20, Bu gün

“Asəf Zeynallının ölümündə tanınmış müğənnimizin əli var, onu bilərəkdən....” - ÖZƏL+FOTO

“Asəf Zeynallının anım günü münasibəti ilə məzarını ziyarət etdim. Düşündüm ki, kimlərsə ziyarət edər. Amma baxıb gördüm ki, qəbrinin üstündə bir dənə də olsun gül dəstəsi  yoxdur. Əlbəttə ki, ona qarşı laqeyd münasibətdir. Asəf Zeynallı özünü musiqi sənətimiz üçün şəhid edib. Onun itkisi nəinki bizim üçün, bütün Azərbaycan üçün böyük ağrıdır”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli bəstəkar Asəf Zeynallının yaxın qohumu Elşanə Ağasıyeva deyib.

O, daha sonra bildirib ki, bir çox həmkarı Asəf Zeynallıya paxıllıq edib:

“O 1932-ci ildə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. Anam deyirdi ki, getmək istəmirdi. Çünki öldürüləcəyi ürəyinə danmışdı. Həm də simfoniya yazırdı, istəyirdi ki, onu bitirsin. Leninqrada da getmək istəyirdi. Bir qızla tanış olmuşdu, bir-birlərini sevirdilər. Onun üçün kələğayı da almışdı. Nişanlanmaq istəyirdi. Qismət olmadı. Qarabağda onu o qədər yerə aparırlar ki, susayır. Ona gətirib su verirlər. İçməkdən imtina edir, “deyir ki, bundan tam gəlir, başqasını gətirin”. Asəfin suyunu dəyişdirmirlər. O suyu içəndən sonra halı dəyişir. Özünü güc-bəla ilə Bakıya çatdırır. Bir çox həmkarlarının Asəfi gözü götürmürdü. 23 yaşında kim bu cür əsərlər yazıb yaradıb? Asəfin ölümünə məşhur müğənnilərimizdən biri də səbəb olub. Çünki onlar üçün Asəf Zeynallı böyük bir maneə idi. Xəstəxanada olanda simfoniyanı divara yazır. Qardaş-bacısından xahiş edir ki, onu nota köçürsünlər. Bunu ailədən heç kim edə bilmir və simfoniya yarımçıq qalır. O vaxt Asəf Zeynallıya ermənilərdən də böyük təzyiqlər var idi, onu hədələyirdilər, şovinist adlandırırdılar. Həmin məktublar mənim dayımdadır. Əslində danışılası bir çox məqamlar var, sadəcə dayım danışmır. Artıq uzun illər keçib” deyə Asəf Zeynallının qohumu bildirib.

 

Link kopyalandı!
Son xəbərlər