18:05
20°C
Bakı
Əməliyyat olunan Xalq artisti Şahnaz Haşımova yaxın 4 gün ərzində xəstəxanadan evə buraxıla bilər.
Moderator.az xəbər verir ki, bu barədə Ş. Haşımovanın oğlu Tural Abdullayev bildirib.
"Əməliyyatın ilk günündən fərqli olaraq bu gün özünü daha yaxşı hiss edir. Həkimlər Şahnaz xanımın nə zaman xəstəxanadan evə buraxılacağı dəqiq bilir. Amma mənə verilən məlumata görə, müalicə bu cür davam etsə yaxın 4 gün ərzində evə buraxılacaq" - deyə T. Abdullayev qeyd edib.
Məlumat üçün bildirə ki, Xalq artisti iki gün öncə Gəncədəki özəl xəstəxanaların birində əməliyyat olunub.