“Konservatoriyaya onlayn dərs üçün müraciət etmişəm”
Mədəniyyət
255
10:15, Bu gün

“Konservatoriyaya onlayn dərs üçün müraciət etmişəm”

Xalq artisti Könül Xasıyeva pedaqoq kimi fəaliyyət göstərmək üçün Azərbaycan Milli Konservatoriyasına müraciət edib.
 
Bu barədə xanəndə "Qonaqcanlı" verilişində danışıb. O, onlayn tədris vermək istədiyini bildirib:
 
"Hər il oktyabrın 1-dən instaqram vasitəsi ilə muğamdan onlayn təhsil verirəm. Dərslərimə dünyanın hər yerində qatılırlar. Müəllim kimi işləmək üçün isə sentyabrın əvvəlində Azərbaycan Milli Konservatoriyasına müraciət etmişəm, cavab gözləyirəm. Orada da onlayn təhsil vermək istəyirəm. Çünki gedib-gəlmək mənim üçün çətindir. İnsan yaşının bir mərhələsinə çatır, istəyir ki, onun da tələbələri olsun. Tələbələrim var, öyrənirlər amma baxıram ki, o deyillər. Səs, diapazon, bəm, zil var, amma ürək yoxdur".  (Axşam.az)
Link kopyalandı!
Son xəbərlər