Bizi sosial şəbəkələrdən izləyin:
"Atamın vəziyyəti ağırdır, təzyiqi düşüb, qızdırması çox yüksəkdir. Dünəndən bu günə səhhəti pisləşib. Həmçinin Mərkəzi Klinik Xəstəxanada infeksiyaya da yoluxub".
Moderator.az xbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
O qeyd edib ki, Yadigar Muradovun müalicəsi Mərkəzi Klinik Xəstəxanada aparılır:
"Hazırda reanimasiyadadır. Əsas dərdi qalıb qıraqda, infeksiya ilə mübarizə aparırıq. Bir azdan həkimlər qanını yuyacaq".
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.