Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ
Mədəniyyət
635
10:08, Bu gün

Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ

Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.
 
Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
 
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
 
1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
 
1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
 
2004-cü ildən Prezident Təqaüdçüsü idi.
 
Link kopyalandı!
Son xəbərlər