Mədəniyyət
368
13:16, Bu gün

"Dilimə gətirmək nə qədər ağrılı olsa da..."

Xalq artisti Flora Kərimova ötən gün 89 yaşında dünyasını dəyişən Xalq artisti Əminə Yusifqızı ilə bağlı paylaşım edib.
 
Müğənni qiraət ustasının xatirəsini bu sözlərlə yad edib:
 
"Qiraət sənətimizin sonuncu magikanı - Əminə xanım. Yaradan bu millətə bəxş etdiyiniz gözəlliklər qədər axirətinizi gözəl versin! Yaratdığınız obrazlardan savayı, səsiniz, nitqiniz özlüyündə bir obraz, bir varlıq kimi millətin səs yaddaşının ən gözəl hücrəsindədir. Dilimə gətirmək nə qədər ağrılı olsa da sizə rəhmət diləyib, qəhərli qəlbimdə sizin əbədi ruhunuza sevdiyiniz şərqilərdən lay-lay hörüb Allaha ismarlayıram. Ruhunuz şad olsun, Əminə xanım".
 
Link kopyalandı!
Son xəbərlər