Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatdı - YENİLƏNİB
Mədəniyyət
454
13:45, Bu gün

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatdı - YENİLƏNİB

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.
 
Moderator.az xəbər verir ki, Xalq artistinin vida mərasimində ailə üzvləri, sənət adamları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
 
Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
 
11:44 
 
Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.
 
Moderator.az xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edir.
 
Mərasimdən sonra onun nəşi dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
 
10:47
 
Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
 
Bu barədə onun nəvəsi Leyla Əliyeva məlumat verib.
 
09:35
 
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək.
 
Bu barədə Moderator.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.
Link kopyalandı!
Son xəbərlər