Əməkdar artist Cabir İmanov vəfat etdi - YENİLƏNİB
Mədəniyyət
2305
14:58, Bu gün

Əməkdar artist Cabir İmanov vəfat etdi - YENİLƏNİB

29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.
 
14:17
 
Əməkdar artist Cabir İmanov vəfat edib.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Link kopyalandı!
Son xəbərlər