Bizi sosial şəbəkələrdən izləyin:
“Akademik Milli Dram Teatrında mövsümün açılışı oldu. Biz də Gəncə Dövlət Dram Teatrı adından dəvət olunmuşduq. Elxan Yunislə birgə iştirak etdik. Çox möhtəşəm bir açılış oldu. Bizim teatrımızda da inşallah mövsümün açılışı sentyabrın 19-da baş tutacaq. Bütün həmkarlarıma uğurlar və yeni-yeni rollar arzu edirəm. İnşallah ki, arzuladıqları obrazları oynamaq onlara nəsib olar”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra “Xəyanət” serialından ayrıldığını bildirib:
“ “Xəyanət” serialından ayrılmışam. 1 il orada çəkildim. Öz istəyimlə ayrıldım. Həftədə 5 gün efirə gedən serialda çəkilmək mənə çox çətin idi. Gəncədən gəlib gedə bilmirdim, teatrda işlərim qalırdı. Bunu rejissora bildirdim və məni anlayışla qarşıladılar. Mən çox böyük hörmətlə onlardan ayrıldım” deyə aktrisa bildirib.
Aktrisa hazırda “Qurd yağı” serialında çəkildiyini bildirib:
“Rövşən İsaxın rejissoru olduğu “Qurd yağı” serialında çəkilirəm. Atv telekanalında yayımlanacaq. Çox böyük məmnuniyyətlə mən bu kollektivlə çalışıram. İnanıram ki, reytinqi və tamaşaçı sevgisi bol olacaq. Hələ ki, rolum haqda heç nə demək istəmirəm. Bircə onu deyə bilərəm ki, indiyə qədər oynadığım obrazlardan tamamilə fərqlidir. Sevə-sevə oynayıram” deyə aktrisa bildirib.