“Allah mənə güc versin ki, nəvəmin böyüməyini görüm”- Nənə olan Həmidə Ömərova+FOTO+ÖZƏL
Mədəniyyət
535
09 Sep 2025 | 22:10

“Allah mənə güc versin ki, nəvəmin böyüməyini görüm”- Nənə olan Həmidə Ömərova+FOTO+ÖZƏL

“Mənə sual verirlər ki, nənə olmaq necə bir hissdir? Səhər qudam gəldi bizə, biz xəstəxanaya getməliyik. Çox həyəcanlı idim. Həddindən artıq. Qudam dedi ki, “özünə su götür, orada gözləyəcəyik”. Dedim yaxşı. İndi qapıdan çıxırıq, qudam soruşur ki, “şüşəyə su doldurdun?”. Deyirəm ki, hə. Deyir “hanı bəs?” Su şüşəsi gözümün qabağındadır, mən otaqları gəzib axtarıram. O qədər həyəcanlıyam ki, görmürəm”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.

O daha sonra əlavə edib:

“Qonşumuz hər dəfə anama deyərdi ki, “ay Nəsibə xanım, Həmidəni niyə bu qədər subay saxlamısan, ver ərə. Çünki bala qozdur, nəvə ləpəsi”. Anam da o hissləri yaşayıb. İndi də mən o hissləri yaşayıram və bilirəm ki, həqiqətən də nəvə ən şirin, ən unudulmaz dəyərdir insan üçün. Nəvəmə də Nəsibə adını qoyduq. Bu ad məni dünyaya gətirən qadının-anamın adıdır. Hər bir nənəyə-babaya nəvə görməyi arzulayıram. İnşallah! Çox adamlar mənə zəng edirlər. Bilirəm və səslərinin titrəmələrindən hiss edirəm ki, nə qədər sevinirlər. Mənim qədər sevinənlər çoxdur. Ona görə də bütün nənələrə, babalara möhkəm can sağlığı arzulayıram ki, öz nəvələrinə baxsınlar, onların qayğılarına qala bilsinlər. Allah mənə güc versin ki, nəvəmin böyüməyini görüm, nəvəmə dayaq olum, onu tez-tez görüm. İnşallah! Bunu deyə bilərəm ki, dünyanın ən gözəl neməti elə insandır” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər