Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Sərdar Fərəcov 6 sentyabr 2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Huşu aydın, hemodinamik göstəriciləri stabildir.
11:34
"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".
Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır stabildir".