Mədəniyyət
982
08:05, Bu gün

"İlhamla ölümündən 4 gün əvvəl görüşdük, çox əsəbi idi"- FOTO+ÖZƏL

"İlham Əsgərovla mən bir kursda oxumuşam. Orada da çox diplom tamaşalarında tərəf müqabili olmuşuq. Sonra ikimiz də eyni anda teatra gəldik. Sonuncu tamaşası olan "Qarabağnamə"-də həyat yoldaşımı oynayırdı. İlham çox məsuliyyətli, çox alicənab bir aktyor idi. Onun gözəl nitq qabiliyyəti var idi. Çox gözəl şeirlər deyirdi. Dini filmləri çox gözəl səsləndirirdi"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.

İlham Əsgərovun anım günü olduğunu bildirən aktrisa onunla sonuncu görüşünü də xatırlayıb:

"İlhamın adı da mənə çox doğmadır. Mənim qardaşımın da adı İlham idi. O hər zaman mənim qəlbimdə yaşayır. Allah rəhmət etsin, o dünyasını versin. Onu itirəndə o qədər sarsıldım ki. Allah bir balasını min budaq etsin. O qədər ailəcanlı, dostsevər  idi ki. "Bu dünyanın adamları", "Büllur sarayda" tamaşalarında çox gözəl səhnələrimiz var idi. Mən onunla çox səmimi olurdum. Mənim ən səmimi tərəf müqabillərimdən biri idi. Obrazı sanki yaşayırdı. Boyu-buxunu səhnəyə yaraşırdı. Çox təəssüflər olsun ki, İlham aramızdan tez getdi. Ölümündən 3-4 gün əvvəl onunla teatrda görüşmüşdüm. Onda nəsə bir az əhval-ruhiyyəsi yox idi. Çox tərləmişdi, qolları su içində idi. Çox əsəbi olmuşdu, tez-tez hirslənirdi. Görüşüb dedim ki, "sakit ol, hər şey düzələcək". Hansı probleminin olduğunu bilməyərəkdən ona təsəlli verdim. 4 gündən sonra eşitdim ki, İlham dünyasını dəyişib. O günü heç xatırlamaq istəmirəm. Keçmiş olsun" deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər