Valeh Kərimov teatrı tərk etdi: “Borcum deyildi, bunları etməli deyildim”-ÖZƏL+FOTO
Mədəniyyət
370
16:32, Bu gün

Valeh Kərimov teatrı tərk etdi: “Borcum deyildi, bunları etməli deyildim”-ÖZƏL+FOTO

“Mingəçevir Dövlət Dram Teatrından öz ərizəmlə çıxdım. Həm aktyor, həm də rejissor kimi çalışırdım. Sonuncu tamaşanı iyul ayında təhvil verdim. 3 dəfə də primyera oynadım. Bu teatr mənə Sumqayıt Dövlət Dram Teatrından sonra qucaq açdı”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.

O daha sonra işdən çıxmasının səbəblərindən danışıb:

“Bu teatrın texniki tərəfi zəif idi. Tamaşalar üçün paltar ala, dekorasiya düzəldə bilmirdilər. İşıq, projektorlar demək olar ki, yox idi. Nəyisə fikirləşirsən amma görürsən ki, yerinə yetmir. Teatr paltar, qrim, işıq deməkdir. Aktyor tək sözü əzbərləyib oynamalı deyil ki. Bunlar da yox idi. Adam bezir. Mən də bezib çıxdım. Yaşa dolduqca adam yorulur. Yaşımız da var, zarafat deyil ki. Aktyor, rejissor bu problemlərlə məşğul olmalı deyil. Tamaşa təsdiqlənəndə hər şey hazır olmalıdır. Tamaşa təhvil verilənə qədər onunla ağızlaşırsan, bununla sözləşirsən. Nə bilim. Sumqayıt Dövlət Dram Teatrl mənə doğmadır. Əlbəttə ki, istərdim ki, oradan mənə dəvət gəlsin. Ordan da dəvət yoxdur. Aktyor işləyə bilirsə, danışığı, hərəkəti, beyni sağdırsa əlbəttə ki, çalışmalıdır. Mən işləyib maaş alırdım da. Bekarçılıqdan maaş almırdım ki.. Mən ildə iki tamaşa verməli idim. Bu planı doldururdum. Üstəlik də aktyor kimi də tamaşalarda oynayırdım. Bu əlavə idi, çünki mən rejissorluqla məşğul olmalı idim. Borcum deyildi aktyor kimi oynayım” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər